HEKAYƏMİZ
15 İL ÖNCƏ
BAŞLADI
VSS Group şirkətinin öz hekayəsi var. Bu hekayə təriflərlə dolu deyil. Şirkətin ilk heyəti 15 il əvvəl daxili bazar araşdırmasından başlamış və həmin gündən etibaran müştəri bazası toplamışdır. İlk olaraq daxili bazarda aşkar olunan boşluğu doldurmaq üçün xidmət sahələri üzərində düşünmüş, daha sonra isə zəruri xidmətlər toplusu tərtib edilmişdir.
İnternet reklamlarının az məşhur olduğu dövrdə bütün təkliflər birbaşa şirkətlərə gedilərək təklif olunurdu. Həmin dövrdən şirkətin müştəri portfoliosu yarandı və genişləndi. Bu gün isə VSS Group rəsmi internet səhifəsi vasitəsi ilə müştərilərə özü, fəaliyyəti, görülmüş işlərin keyfiyyəti və beynəlxalq əlaqələri haqqında məlumat verməkdədir.
Sürətlə inkişaf edən 21-ci əsrdə bir çox müasir sistemlər təkmilləşməyə davam edir. İnkişaf sektorlar müxtəlifdir. Budara İKT və Təhlükəsizlik sistemlərini xüsusi ilə qeyd etmək olar. Bu əsasları rəhbər tutaraq davamlı çalışmış və bir çox uğurlar əldə edilmişdir.
2008-ci ildən təsis edilən VSS Group 14 ildən artıqdır ki, Azərbaycan Respublikasında fəaliyyət göstərir. Uzun illər fəaliyyət göstərən şirkət öz əməkdaşlarının peşəkarlığına müxtəlif töhvələr vermiş, o cümlədən biznesə yanaşma prinsipi əsasında müştəri məmnuniyyətini qazanmışdır. Bu gün VSS Group ön sıralarda duran İKT şirkətlərdən biridir.
Bizim missiyamız xidmətlərimizin keyfiyyətini və peşəkarlığnı qoruyub saxlayaraq, şirkətlər üçün İT sferasında yeni qapıları açmaqdır.
Vizyonumuz həm ölkə daxilində, həm də ölkə xaricində olan müştərilərə səmərəli, peşəkar və innovativ İT həllərimizi təqdim etməkdir. Daxili və xarici bazarlarda öndə gələn şirkətlərdən biri halına gəlmək əsas vizyonuzmuzdur.
500,000+
10,000+
10+
100+