Girişə nəzarət sistemləri

Müasir ofis və idarələrdə binaya girişə nəzarət və işçi personalın işə davamiyyəti vacib məsələlərdən biridir. Bina girişində quraşdırılan nəzarət sistemləri bu işi asanlaşdırır.Bu sistem vasitəsi ilə işçi personalın işə qəlmə vaxtı, işdən çıxdığı vaxt server kompyuterdə qeydə alınır və saxlanılır. Xüsusi programlar vasitəsi ilə işçi personalın davamiyyətinin elektron hesabat cədvəlləri tərtib edilir. Bu da mühasibatlığın işini xeyli asanlaşdırır. Bundan əlavə programda ofisə gələn qonaqların da qeydiyyatı üçün xüsusi modullardan istifadə edilir.
Geçidin qeydiyyatı müxtəlif elektron vasitələrlə aparılır. Əsasən kart və yeni texnalogiya olan biometrik sistemlərdən istifadə edilir. Biometrik keçid sistemləri insanın barmaq izləri və hətta üz cizgilərinin təyini ilə işləyir.